Modern.az

Yağış, dolu, qar yağacaq - Sabahın havası

Yağış, dolu, qar yağacaq - Sabahın havası

Ölkə

Bu gün, 12:32

Azərbaycanın bəzi yerlərdə mayın 6-da yağış yağacağı gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılarda fasilə olacaq. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabirgüclənəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13°, bəzi yerlərdə 15-18° isti olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV