Modern.az

“Bakı Metropoliteni”nin sədrindən sərnişinlərə çağırış

“Bakı Metropoliteni”nin sədrindən sərnişinlərə çağırış

Ölkə

13 May 2026, 02:10

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov sərnişinləri platformalarda daha nizamlı davranmağa çağırıb.

Modern.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədri Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Televiziyasına (ATV) müsahibəsində danışıb.

“Bir xahişim var: sərnişinlərimiz platformada bərabər paylanmaya diqqət etsinlər. Bu, digər sərnişinlərə narahatlıq yaradır. Mən özüm tez-tez metroya minirəm - həm ən sürətli nəqliyyat vasitəsi olduğu üçün, həm də sərnişin vərdişlərini bilavasitə müşahidə etmək üçün. “28 May” stansiyasında, xüsusən tağa yaxın hissədə sıxlıq ola-ola birinci vaqon boş qalır. Əməkdaşlarımız mütəmadi olaraq məlumat verirlər; xahiş edirəm həmin göstərişlərə əməl etsinlər. Bir xahişim də var: qapı açılanda, əvvəlcə düşənlərə yol verin, sonra minin. Eyni vaxtda hər iki istiqamətdə hərəkət etmək nəinki çətinlik yaradır, hər saniyə uzanmış dayanma müddəti bütün hərəkət qrafikinə təsir edir. Sərnişinlərimizin bu kiçik dəyişiklikləri etməsi bizim xidmət keyfiyyətimizə birbaşa təsir edən məsələdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada