Modern.az

İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyət dairəsi genişləndirilib

İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyət dairəsi genişləndirilib

Ölkə

Bu gün, 15:51

Azərbaycanda iqlim dəyişmələri ilə bağlı Dövlət Komissiyasının fəaliyyət dairəsinə atmosfer havasının keyfiyyətinin təmin edilməsi də daxil edilib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, komissiya İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyası adlandırılacaq.

Bundan başqa, komissiyanın vəzifələrinə Prezidentin iqlim məsələləri ilə bağlı digər tapşırıqlarının icrası da əlavə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia