Əməkdar artist Lalə Məmmədova Xalq artisti Alim Qasımov ilə müğənni Üzeyir Mehdizadənin birgə duetinə kəskin reaksiya verib.
Modern.az "Axşam.az"a istinadən xəbər verir ki, müğənni bu barədə "MTV Maqazin" verilişinə açıqlamasında danışıb.
Sözügedən duetlə bağlı sosial şəbəkələrdəki paylaşıma gülmək emojisi qoymasına münasibət bildirən sənətçi, bu addımından sonra hər iki ifaçının sevənləri tərəfindən çoxsaylı mesajlar aldığını bildirib:
“Gülmək emojisi qoydum. Üzeyirin və Alim bəyin sevənləri nələr yazdılar. Siz soruşdunuz ki, nəyə güldüm? Xalq onu ciddi əsərlərlə qəbul edib. Xalqın duyğuları ilə oynamaq olar? Əgər bir sənətkar gözəl əsərlər oxuyaraq xalqın sevgisini, güvənini qazanırsa, xalqın duyğularını yerlə-yeksan etmək olmaz”.
Lalə Məmmədovanın bu sərt fikirləri sosial şəbəkələrdə yeni bir müzakirə dalğasına səbəb olub.