Modern.az

Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE

Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE

Ölkə

Bu gün, 10:25

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.

A.Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.

Modern.az-ın məlumatına görə, Ağakərim Səmədzadə bu təyinata qədər uzun müddət Ədliyyə orqanlarında fəaliyyət göstərib.

Belə ki, o, Ədliyyə Nazirliyində İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin rəisi vəzifəsində çalışıb.

2015-ci ilin noyabrında Ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə təltif edilən vəzifəli şəxslər sırasında A.Səmədzadə də olub. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.

Ağakərim Səmədzadə 2024-cü ilin mayında Ədliyyə Nazirliyindəki vəzifəsindən azad edilib.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?