Modern.az

Naxçıvana uçuşlar ləğv olundu

Naxçıvana uçuşlar ləğv olundu

Ölkə

Bu gün, 17:50

Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) müvafiq istiqamətdə uçuşları təxirə salınıb.

Bu barədə Modern.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, AZAL sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.

Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?