Modern.az

Azərbaycanda abortların sayı artdı

Azərbaycanda abortların sayı artdı

Ölkə

Bu gün, 04:54

Ötən il Azərbaycanda abortların sayı artıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2025-ci ildə ölkə üzrə 95117 abort qeydə alınıb. Bu da son illər ərzində ən yüksək göstəricidir.

Belə ki, abortların sayı 2021-ci ildə 46877, 2022-ci ildə 57999, 2023-cü ildə 73816, 2024-cü ildə isə 78245 olub.

Ötən il qeydə alınan abortların 22811-i 35 yaş və yuxarı qadınlar, 3244-ü 15-19, 66-sı isə 15-17 yaşlı qadınlar tərəfindən etdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV