Modern.az

Səfir: Belarus Qarabağda layihələr icra edir

Səfir: Belarus Qarabağda layihələr icra edir

Ölkə

Bu gün, 20:01

Belarus ilə Azərbaycanın birgə layihələri Qarabağ da daxil olmaqla bütün ölkəni əhatə edir. 
Modern.az xəbər verir ki, bunu Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç Belarusun Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə deyib.
Səfir çıxışında ölkəsinin təhlükəsizlik potensialından, turizm imkanlarından və Azərbaycanla mövcud strateji tərəfdaşlıq əlaqələrindən bəhs edib. Ölkəsinin iqtisadi və müdafiə gücünə toxunan səfir bildirib ki, iqtisadi inkişaf səviyyəsi Belarusa milli təhlükəsizliyin, o cümlədən müdafiə qabiliyyətinin təmin edilməsinin sərt meyarlarına cavab vermək imkanı yaradır:
"Biz istənilən təcavüzkara qəbulolunmaz ziyan vurmağa qadirik. Eyni zamanda Belarus sülhsevər, mehriban qonşuluq siyasəti yürüdən və qonaqpərvər bir ölkə olaraq qalır və gələcəkdə də belə olacaq".

D.Pineviç qonaqpərvərliyin nümunəsi kimi Belarusun birtərəfli qaydada 76 ölkənin (o cümlədən 38 Avropa dövlətinin) vətəndaşları üçün vizasız rejim tətbiq etdiyini və təkcə ötən il 225 min avropalının bu rejimdən yararlandığını diqqətə çatdırıb.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada