Modern.az

Autizmli uşağın anası: Oğlum saatlarla danışa bilmədi - VİDEO

Autizmli uşağın anası: Oğlum saatlarla danışa bilmədi - VİDEO

Ölkə

Bu gün, 10:51

Bakıda autizmli azyaşlıya qarşı liftdə zorakılıq edən şəxslə bağlı yeni detallar məlum olub.

Modern.az xəbər verir ki, bu barədə azyaşlının anası Fidan Baku TV-yə açıqlamasında danışıb.

Onun sözlərinə görə, hadisə zamanı 11 yaşlı autizmli oğlu liftdən istifadə etmək istəyərkən 29 yaşlı şəxs tərəfindən itələnərək yerə yıxılıb.

"Videoda da görünür ki, oğlum liftdə girmək istəyir. Mən onu heç vaxt tək buraxmıram, sadəcə gələnə qədər liftdə daxil olub. Mən çatanda isə oğlum ağlayırdı, nitqini itirmişdi və özündə deyildi. Soruşanda heç nəyə cavab vermirdi", – deyə ana bildirib.

Valideyn qeyd edib ki, uşaq təxminən 4-5 saat danışa bilməyib və yalnız bundan sonra liftdə bir nəfərin onu vurduğunu söyləyib. Bundan sonra binanın müşahidə kameralarına baxış keçirilib.

"Əvvəl düşündüm ki, bunu edən uşaqdır. Sonra gördüm ki, 29 yaşlı bir şəxs oğlumu sürətlə itələyib. Hər şey daha ağır nəticələnə bilərdi", – o vurğulayıb.

Fidan bildirib ki, görüntüləri paylaşmaqda məqsədi digər valideynləri xəbərdar etmək olub:

"İstəyirəm bütün valideynlər bilsin ki, belə insanlar aramızdadır. Uşaqlarımızı, istər autizmli olsun, istər olmasın, tək buraxmayaq. Mən dərhal polisə müraciət etdim. Qısa müddətdə həmin şəxs saxlanıldı və bildiyimə görə, dispanserə yerləşdirilib".

Azyaşlının anası əlavə edib ki, hadisəyə qədər həmin şəxsi tanımayıb və onun eyni binada yaşadığını yalnız hadisədən sonra öyrənib.

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV