Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda dünyadakı müstəmləkəçilik meyillərindən və Bakı Təşəbbüs Qrupunun bununla bağlı fəaliyyətindən danışıb.
Modern.az xəbər verir ki, dövlətimizin başçısı artıq Azərbaycan hökumətinin Fransanın daxili işlərinə müdaxilə etməsində ittiham olunduğunu bildib.
“Biz hesab edirik ki, insan hüquqları universal məsələdir. Bakı Təşəbbüs Qrupu bəlkə də bu gün ən səmərəli QHT-lərdən biridir ki, bu məsələni (müstəmləkəçiliyi – red.) qlobal gündəliyə daxil edib”, - deyə Prezident əlavə edib.
Ölkə başçısı eyni zamanda vurğulayıb ki, uzun illərdir Fransanın dənizaşırı əraziləri kolonial, müstəmləkəçilik siyasəti nəticəsində əziyyət çəkir. Orada hətta nüvə testləri həyata keçirilir. Polineziyada bəlkə 200-dən artıq nüvə sınaqları keçirilib.
“Bu gün baxsaq görərik ki, yüzlərlə insan bundan əziyyət çəkir. Bu gün Bakı Təşəbbüs Qrupu hər hansısa hibrid müharibədə ittiham edilir. Zənnimcə, bu, müstəqil medianın çox mühüm missiyasıdır”, - deyə dövlətimizin başçısı əlavə edib.