Modern.az

İcra başçısı birinci müavinini işdən çıxardı

İcra başçısı birinci müavinini işdən çıxardı

Ölkə

13 İyul 2026, 12:28

Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib.

Modern.az xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Emin Nurəddin oğlu Məmmədxanlı Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, E.Məmmədxanlı bu vəzifəyə 2023-cü ilin sentyabr ayında təyin edilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Xəzərdə hərəkətə keçdi - Nə baş verir?