Modern.az

İsmayıllıda ağır qəza: avtomobildə sıxılan şəxs ölü tapıldı

İsmayıllıda ağır qəza: avtomobildə sıxılan şəxs ölü tapıldı

Ölkə

Bu gün, 11:44

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonunun Uştal kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Modern.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri qəza yerinə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota" və “ВАЗ” markalı iki minik avtomobili toqquşub, 1 nəfər sıxılı vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində deformasiya olmuş avtomobildən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR