Modern.az

Erməni zabitlər Azərbaycanın vurduğu vertolyota görə vəzifədən qovulublar

Erməni zabitlər Azərbaycanın vurduğu vertolyota görə vəzifədən qovulublar

Ölkə

27 Yanvar 2015, 13:48

Ermənistanın müdafiə naziri Seyran Ohanyan yerli jurnalistlərin suallarına cavab verərkən Azərbaycan ordusunun ötən il məhv etdiyi hərbi helikopter barədə də danışıb. Modern.az saytı Ermənistan mətbuatına istuinadən xəbər verir ki, Ohanyan hadisədən sonra aparılan araşdırmalar nəticəsində bəzi şəxslərə xəbərdarlıq olunduğunu, bir sıra zabitlərin isə vəzifəsindən kənarlaşdırıldığını bildirib.

“Faktla bağlı açılan cinayət işi çərçicəsində araşdırmalar davam edir”-deyə o, qeyd edib.

Seyran Ohanyan onu da etiraf edib ki, "xidməti təhqiqat zamanı müəyyən edilib ki, təlim uçuşu həyata keçirən vertolyotun heyəti verilmiş uçuş kursundan bir qədər kənara çıxıb".

Erməni nazir ənənəsinə sadiq qalaraq, Azərbaycanı hədələyib, yeni zərbələr endirilə biləcəyini söyləyib.

Xatırladaq ki, 2014-cü il noyabrın 12-də Azərbaycan-Ermənistan təmas xəttinin Ağdam rayonu istiqamətində uçuş həyata keçirən Ermənistanın Mİ-24 hərbi helikopteri Milli Ordumuz tərəfindən məhv edilmişdi. Hadisə nəticəsində 3 erməni pilot ölmüşdü...

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı