Modern.az

Azərbaycan Universitetinə yeni rektor təyin olundu

Azərbaycan Universitetinə yeni rektor təyin olundu

Ölkə

27 Yanvar 2015, 14:33

Azərbaycan Universitetində rektor dəyişikliyi olub. Modern.az saytı xəbər verir ki, rektor Eldar Qəhrəmanov vəzifəsindən azad edilib və həmin universitetdə kafedra müdiri təyin olunub. Onun yerinə Fərid Əhmədov yeni rektor təyin olunub.

35 yaşlı yeni rektor Oksford Universitetini bitirib. Bu vəzifəyə təyin olunmazdan əvvəl o, “ADA” Universitetində müəllim kimi fəaliyyət göstərib.

Kadr dəyişikliyini universitetdən Modern.az-a təsdiqləyiblər.

Azərbaycan Universiteti Azərbaycan Respublikasında təsis olunan ilk özəl universitetdir. Universitet 1991-ci ildən fəaliyyətdədir. Universitet Dövlət Ali Ekspert Komissiyasının 3 mart 1993-cü il tarixli, Təhsil Nazirliyi Kollegiyasının 8 aprel 1993-cü il tarixli  qərarları ilə dövlət qeydiyyatına alınıb, 01 saylı  dövlət reyestrinə qəbul edilib və ona sertifikat verilib.



Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı