Modern.az

Azərbaycanda susuzluqdan ən çox şikayətlənən rayonlar - ADLAR

Azərbaycanda susuzluqdan ən çox şikayətlənən rayonlar - ADLAR

Ölkə

30 İyul 2026, 08:00

Yay aylarında suvarma suyu ilə bağlı fermerlərdən daxil olan müraciətlər və ən çox şikayət edilən rayonların siyahısı açıqlanıb.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban bildirib ki, cari ilin iyun və iyul aylarına olan göstəricilərə əsasən, su təminatındakı çətinliklər daha kəskin xarakter alıb.

Nazirlik rəsmisinin sözlərinə görə, müraciətlər əsasən Sabirabad, Ağcabədi, Saatlı, Biləsuvar, Salyan, Zərdab, Neftçala, İmişli və Bərdə rayonlarında müşahidə olunub.

Kənd Təsərrüfatı Nazirliyinin Aparatına və Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin statistikasına əsasən, suvarma suyu çatışmazlığından əziyyət çəkən rayonların ilk 10-luğu aşağıdakı kimidir:

1. Sabirabad – 40 müraciət

2. Ağcabədi – 36 müraciət

3. Saatlı – 26 müraciət

4. Biləsuvar – 25 müraciət

5. Salyan – 16 müraciət

6. Zərdab – 14 müraciət

7. Neftçala və İmişli – hər birindən 12 müraciət

8. Bərdə – 7 müraciət

9. Ucar, Şəmkir və Füzuli – hər birindən 6 müraciət

10. Kürdəmir – 5 müraciət

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri