Modern.az

Yubileyimi keçirə bilmədik - Rəsulzadənin nəvəsi

Yubileyimi keçirə bilmədik - Rəsulzadənin nəvəsi

Ölkə

Bu gün, 12:33

Noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri sayılan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, rəssam Rais Rəsulzadənin doğum günü olub.

Bu münasibətlə Modern.az Rais Rəsulzadə ilə əlaqə saxlayaraq doğum gününü necə keçirdiyini və yubileyi ilə bağlı hansı tədbirlərin nəzərdə tutulduğunu öyrənməyə çalışdıq.

Saytımıza açıqlamasında Rais Rəsulzadə bildirib ki, doğum gününü təntənəli qeyd edilməyib.  Onun sözlərinə görə, bir neçə qohumu onu təbrik etmək üçün ziyarətinə gəlib:

"Doğum günümü təntənəli şəkildə qeyd etmədim. Səhhətimdə də müəyyən problemlər var. Bir-iki nəfər qohum-əqrəba baş çəkməyə gəlmişdi, eləcə də telefonla təbrik edənlər oldu. Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı".

R.Rəsulzadə qeyd edib ki, dərs dediyi universitetdə də onun doğum günü münasibətilə konfransın keçirilməsi nəzərdə tutulubmuş. Lakin səhhətində yaranan problemlər səbəbindən tədbirin vaxtı dəyişdirilib:

"Universitetdə konfrans və digər tədbirlərin keçirilməsi planlaşdırılırdı. Ancaq xəstələndiyim üçün onları da sonraya saxladılar".

Sizə yeni x var
Keçid et
Dünyanı dəhşətə gətirən XƏBƏRDARLIQ - İran nüvə silahıyla vurulacaq!