Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Modern.az-ın sorğusuna cavab olaraq cari ilin ilk altı ayında ölkəyə idxal olunan botoks preparatlarının həcmi və mənşəyi barədə məlumat verib.
Mərkəzdən redaksiyamıza bildirilib ki, 2025–2026-cı illər ərzində Azərbaycana “Botulinum toxin type A” təsiredici maddəsinə malik yalnız Koreya Respublikası istehsalı olan dərman vasitələri gətirilib. Dövlət reyestrində də müvafiq tip üzrə yalnız bu ölkənin istehsalı olan preparatlar qeydiyyatdadır.
Rəsmi cavabda bu il ölkəyə daxil olan preparatın konkret miqdarı da açıqlanıb:
"2026-cı ildə “Fortoks 100 Unit/vial inyeksiya məhlulu üçün liofilizə olunmuş toz” adlı preparat idxal edilib. Cari ilin 23 iyun tarixinə qədər sözügedən dərman vasitəsindən 2050 ədəd gətirilib".