Modern.az

Azərbaycanlıların olduğu növbəti gəmiyə dron HÜCUMU

Azərbaycanlıların olduğu növbəti gəmiyə dron HÜCUMU

Ölkə

30 İyul 2026, 13:00

Qara dənizdə Odessa limanı yaxınlığında göyərtəsində azərbaycanlı dənizçilərin olduğu quru yük gəmisi dron hücumuna məruz qalıb.

"Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyindən Modern.az-a verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Panama bayrağı altında üzən və "Albatros Corporation" şirkətinə məxsus olan "ATA 2" adlı quru yük gəmisinə 3 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

Zərbələr nəticəsində gəmiyə ciddi ziyan dəyib. Qeyd olunub ki, gəminin heyəti 13 nəfərdən ibarətdir. Onlardan 12 nəfəri Azərbaycan, 1 nəfəri isə Türkiyə vətəndaşı olan dənizçilərdir.

Hücum zamanı xəsarət alan və ya həyatını itirən olmayıb. Hazırda gəmi heyəti təhlükəsizlik məqsədilə Rumıniyanın Sulina şəhərindədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada