Azərbaycanda iPhone 17 Pro (256 GB) modelinin qiyməti dünyanın bir çox ölkəsi ilə müqayisədə xeyli yüksəkdir. Bu barədə Deutsche Bank-ın araşdırmasına və yerli bazar qiymətlərinə əsaslanan məlumatlarda bildirilir. Modern.az xəbər verir ki, Azərbaycanda iPhone 17 Pro (256 GB) təxminən 1 875 ABŞ dollarına satılır. Eyni model ABŞ-da 1 181 dollara təklif olunur. Beləliklə, smartfonun qiyməti Azərbaycanda ABŞ-la müqayisədə təxminən 59 faiz daha bahadır.
Araşdırmaya görə, iPhone 17 Pro-nun ən baha satıldığı ölkə Türkiyədir. Burada cihazın qiyməti 2 592 ABŞ dollarına çatır. Ən yüksək qiymətlərin qeydə alındığı ölkələr sırasında Braziliya, Macarıstan və Misir də yer alır.