Modern.az

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı oldu

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı oldu

Mədəniyyət

Bu gün, 11:00

Birinci Fəxri Xiyabanda Xalq yazıçısı Elçinin xatirəsi anılıb, qəbirüstü abidəsi ictimaiyyətə təqdim olunub.

Modern.az xəbər verir ki, yazıçının vəfatının birinci ildönümü münasibətilə keçirilən anım mərasimində dövlət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də ailə üzvləri iştirak ediblər.

Mərasim çərçivəsində Xalq yazıçısının qəbirüstü abidəsinin də açılışı olub. Abidənin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Elçinin Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlər göstərdiyini bildirib. Onun sözlərinə görə, yazıçının yaratdığı zəngin ədəbi irs gələcək nəsillər üçün də öz əhəmiyyətini qoruyacaq.

Xalq yazıçısı Anar çıxışında Elçinin yaradıcılığını Azərbaycan nəsrində yeni istiqamət açan mühüm hadisə kimi dəyərləndirib və onun xatirəsinin daim yaşayacağını vurğulayıb.

Yazıçının qızı, Milli Məclisin deputatı Günay Əfəndiyeva atasının vəfatından sonra cəmiyyətin göstərdiyi ehtiramın ailələri üçün böyük mənəvi dayaq olduğunu deyib.

"Atam çox şərəfli ömür yaşayıb. Onun bu gün də sevgi və hörmətlə xatırlanması bizim üçün ən böyük təsəllidir", – deyə deputat bildirib.

Günay Əfəndiyeva, həmçinin, Xalq yazıçısının xatirəsinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Xalq yazıçısı Elçin 2025-ci il avqustun 3-də vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

 

1539102

1539103

15391041539105

1539106

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna Rusiya şəhərlərini BOMBALAYIR - Universitet partladıldı