Modern.az

Tramp: İranla Hörmüz boğazı üzrə razılıq əldə olunub

Tramp: İranla Hörmüz boğazı üzrə razılıq əldə olunub

Dünya

Bu gün, 09:54

ABŞ Prezidenti Donald Tramp Vaşinqtona uçarkən jurnalistlərə açıqlamasında ABŞ ilə İran arasında Hörmüz boğazı ilə bağlı razılığın əldə olunduğunu, növbəti mərhələdə isə İranın nüvə proqramı üzrə saziş gözlədiyini bildirib.

Modern.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ İrana zərbə endirmək planından Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının müraciətini də nəzərə alaraq imtina edib.

"Onların bunu xahiş etməsinin səbəbi razılaşmanın mümkün olduğuna inanmalarıdır. Hörmüz boğazı ilə bağlı razılaşma var, daha sonra isə nüvə proqramı və ya İranın denuklearizasiyası ilə bağlı saziş olacaq. Mən bunu İranın denuklearizasiyası adlandırıram", - deyə ABŞ prezidenti bildirib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ŞOK GÖRÜNTÜLƏR - Ermənistan bayraqları qaldırıldı