Modern.az

Qarabağda 3400 abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

Qarabağda 3400 abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

Aktual

3 Avqust 2026, 10:10

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rabitə və internet xidmətlərinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“Aztelekom”dan Modern.az-a verilən məlumata görə, 2026-cı ilin yanvar – iyun ayları ərzində 3,367 yeni abunəçinin (3,195 ev təsərrüfatı və 172 biznes subyekti) xidmətlərə qoşulması nəticəsində Dövlət Proqramının icrasına başlanıldığı vaxtdan cari ilin iyul ayınadək azad edilmiş ərazilərdə telekommunikasiya şəbəkəsinə qoşulanların ümumi sayı 10,495 abunəçiyə (9,951 ev təsərrüfatı və 544 biznes subyekti) çatıb.

Qeyd edək ki, hesabat dövründə işğaldan azad olunmuş ərazilərdə yerləşən 11 şəhər mərkəzi, 34 kənd və qəsəbədə yeni abunəçilərin yüksəksürətli internet və telefoniya xidmətlərinə qoşulması təmin edilib.

“Aztelekom” MMC tərəfindən həyata keçirilən tədbirlər bölgədə mövcud rabitə infrastrukturunun imkanlarının genişləndirilməsinə və əhalinin rəqəmsal xidmətlərə çıxışının artırılmasına yönəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada