Modern.az

Abidələrin qorunması üçün 200 tədbir görülüb, 1 cinayət işi açılıb

Abidələrin qorunması üçün 200 tədbir görülüb, 1 cinayət işi açılıb

Mədəniyyət

Bu gün, 14:46

Azərbaycanda tarix-mədəniyyət abidələrinin qorunması, bərpası və rəqəmsallaşdırılması istiqamətində bu ilin ilk yarısında bir sıra tədbirlər həyata keçirilib.

Modern.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti 2026-cı ilin yanvar-iyun aylarını əhatə edən "Mədəni irs icmalı"nı təqdim edib.

Hesabata əsasən, hazırda dövlət mühafizəsinə götürülmüş 6114 tarix-mədəniyyət abidəsindən 4377-nə, eləcə də 1400-dən çox yeni aşkar edilmiş tarix və mədəniyyət əhəmiyyətli obyektə nəzarət həyata keçirilir.

Hesabat dövründə mədəni irsin rəqəmsallaşdırılması istiqamətində də mühüm irəliləyiş əldə olunub. Vahid Mədəniyyət Reyestri informasiya sistemi vasitəsilə ölkə üzrə 3709 daşınmaz mədəni irs obyekti vahid rəqəmsal platformaya inteqrasiya edilib.

Muzey fondlarının zənginləşdirilməsi də davam edib. Hazırda ölkə üzrə muzeylərin əsas fondlarında qorunan eksponatların sayı 1 milyon 137 min 883-ə çatıb. İlk altı ay ərzində fondlara 3893 yeni eksponat əlavə olunub, Vahid Mədəniyyət Reyestrinə daxil edilən muzey eksponatlarının sayı isə 29 551 olub.

Tarix-mədəniyyət abidələrinin mühafizəsinin gücləndirilməsi məqsədilə 200 preventiv tədbir həyata keçirilib, hüquq-mühafizə orqanlarına 60 müraciət göndərilib, 32 inzibati tənbeh qərarı qəbul olunub və qanunvericiliyin pozulması ilə bağlı 1 cinayət işi başlanıb.

Bununla yanaşı, abidələrin mühafizəsini tənzimləmək üçün 183 mühafizə müqaviləsi bağlanılıb, 98 tarix-mədəniyyət abidəsinin mühafizə zonası təsdiqlənib. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri üzrə mədəni irsin qorunması məqsədilə 73 rəy verilib, 98 abidə isə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə daxil edilib.

Hesabat dövründə 1 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri başa çatdırılıb, 3 abidədə bərpa işləri davam etdirilir. Bundan əlavə, 72 təmir-bərpa layihəsi təsdiqlənib.

Daşınar mədəni irsin qorunması istiqamətində 880 eksponat bərpa-konservasiya olunub, 362 eksponat üzrə işlər davam etdirilir. Arxeoloji tədqiqatlar çərçivəsində 24 ekspedisiyaya icazə verilib, qazıntılar nəticəsində 636 artefakt aşkar olunub.

İlk altı ay ərzində 3134 mədəni sərvətin ixracına dair mühafizə şəhadətnaməsi, həmçinin 122 muzey əşyası və kolleksiyasının müvəqqəti ölkədən çıxarılmasına icazə verilib.

Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən muzey və qoruqları bu ilin ilk yarısında ümumilikdə 463 min 965 nəfər ziyarət edib. Onlardan 342 min 305 nəfəri muzeylərə, 121 min 660 nəfəri isə qoruqlara baş çəkib. Bu dövrdə rəqəmsal platformalar vasitəsilə 138 min 718 bilet və ekskursiya xidməti satılıb.

Qoruqlar arasında ən çox ziyarətçi qəbul edən məkan 63 min 906 nəfərlə Qobustan Milli Tarix-Bədii Qoruğu olub. Onu Gəncə Dövlət Tarix-Mədəniyyət QoruğuQuba Soyqırımı Memorial Kompleksi izləyib.

Hesabatda qeyd olunub ki, Dövlət Xidməti 2026-cı ilin ilk yarısında rəqəmsallaşdırma, innovasiya, məlumatlara əsaslanan mühafizə və ictimai iştirakçılıq sahələrində həyata keçirdiyi fəaliyyətə görə beş beynəlxalq mükafata layiq görülüb.

Sizə yeni x var
Keçid et
Avqustun 1-nə qədər 1 milyon adam orduya çağırılsın! - Putindən ƏMR