Modern.az

İşdən çıxarılan idarə rəisinə cinayət işi açıldı

İşdən çıxarılan idarə rəisinə cinayət işi açıldı

Aktual

3 Avqust 2026, 11:44

İki ay əvvəl Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunan Kamran Yusifova cinayət işi açılıb.

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, gömrük polkovnik-leytenantı vəzifə cinayətlərində ittiham olunur.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumat əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. K.Yusifov barəsində Cinayət Məcəlləsinin 309-cu (vəzifə saxtakarlığı) və başqa maddələrlə cinayət işi başlanılıb.

İstintaqın gedişində eks-idarə rəisinin əməlləri nəticəsində dövlətə və ya vətəndaşlara hansı formada və nə qədər ziyan dəydiyi dəqiqləşəcək.

Qeyd edək ki, K.Yusifov cəmi bir il yarım əvvəl Balakən Gömrük İdarəsinə rəis təyin edilmişdi. Ondan əvvəl isə eyni rayondakı Mazımqara Gömrük Postunun rəisi işləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada