Türkiyənin tanınmış simaları "Ahbap" fondu ilə bağlı aparılan araşdırma çərçivəsində dindirilib.
Modern.az xəbər verir ki, Kerem Bürsin və Eda Ece da daxil olmaqla, Türkiyənin bir sıra tanınmış incəsənət nümayəndələri 2023-cü il zəlzələlərindən sonra yaradılmış "Ahbap" xeyriyyə fondunun fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində dindirilib.
Yerli KİV-in məlumatına görə, istintaq ianə vəsaitlərinin istifadəsi zamanı mümkün maliyyə pozuntuları barədə məlumatları araşdırır.
Qeyd edək ki, İstanbul Respublika Prokurorluğunun "Ahbap" xeyriyyə fondu ilə bağlı apardığı istintaq çərçivəsində fondun təsisçisi Haluk Levent barəsində də saxlanılma qərarı verilib. İstintaq materiallarına əsasən, onun 2020–2026-cı illər ərzində ümumilikdə 990 milyon türk lirəsi məbləğində mərc etdiyi, bunun 390 milyon türk lirəsini uduzduğu iddia olunur.