Modern.az

Nəriman Həsənzadə I Fəxri Xiyabanda dəfn edildi - FOTO-VİDEO

Nəriman Həsənzadə I Fəxri Xiyabanda dəfn edildi - FOTO-VİDEO

Allah rəhmət eləsi̇n

2 Avqust 2026, 12:33

Xalq şairi Nəriman Həsənzadə I Fəxri Xiyabanda son mənzilə yola salınıb.

Modern.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimindən sonra mərhumun cənazəsi I Fəxri Xiyabana gətirilib və burada dəfn olunub.

Dəfn mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, şairin ailə üzvləri və yaxınları iştirak ediblər. 

Qeyd edək ki, Azərbaycanın Xalq şairi, dramaturq və ictimai xadimi Nəriman Həsənzadə avqustun 1-də 94 yaşında vəfat edib. Mədəniyyət Nazirliyinin qərarına əsasən, o, I Fəxri Xiyabanda torpağa tapşırılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland