Modern.az

İlham Əliyev Viktor Yuşenkonu qəbul edib

İlham Əliyev Viktor Yuşenkonu qəbul edib

Ölkə

Bu gün, 11:44

Prezident İlham Əliyev Ukraynanın eks-prezidenti Viktor Yuşenko ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarındakı paylaşımda bildirilib.

"Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşdüm. 20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq. 
Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi", - paylaşımda qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna Moskvanı BOMBALADI - Şəhərdə hər yeri alov bürüdü