Modern.az

Prezidentin yüksək rütbə verdiyi generallar - DOSYE

Prezidentin yüksək rütbə verdiyi generallar - DOSYE

Ölkə

Bu gün, 12:28

Dövlət Sərhəd Xidmətinin (DSX) bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Babək Mürsəl oğlu Ələkbərova, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova və general-mayor Faiq Həmzəağa oğlu Məmmədova “general-leytenant” ali hərbi rütbəsi verilib.

Digər sərəncamla polkovnik Elfan Şakir oğlu Quliyev “general-mayor” ali hərbi rütbəsinə layiq görülüb.

Modern.az yeni ali hərbi rütbələr alan generalların dosyesini təqdim edir.

 

General-leytenant Babək Mürsəl oğlu Ələkbərov Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbçilərindən biridir.

O, 24 dekabr 1987-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Ələkbərov Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra isə Heydər Əliyev adına Akademiyada təhsil alıb.

Hərbi xidmətə Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Qüvvələrində başlayıb.

Ələkbərov 2020-ci il Vətən müharibəsində fəal iştirak edib. O, Zəngilan rayonunun və Xudafərin istiqamətinin azad edilməsi üzrə keçirilən əməliyyatlarda xüsusi xidmət göstərib.

Döyüşlərdə göstərdiyi xidmətlərə görə 2020-ci ilin dekabrında Prezidentin sərəncamı ilə ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Ələkbərov müxtəlif dövlət orden və medalları ilə də təltif olunub.

Ona 2023-cü ildə general-mayor ali hərbi rütbəsi verilib. Yeni sərəncamla isə Babək Ələkbərov general-leytenant rütbəsinə yüksəlib.

 

Aqşin Ramiz oğlu Məhərrəmov da DSX-nin yüksək rütbəli hərbçilərindəndir.

Onun adı müxtəlif illərdə dövlət təltifləri ilə bağlı Prezident sərəncamlarında yer alıb.

Məhərrəmov “İgidliyə görə” medalı, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı, III dərəcəli “Vətənə xidmətə görə” və III dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

2020-ci il Vətən müharibəsində xidmətlərinə görə “Zəfər” ordeni ilə təltif edilən hərbçilər sırasında onun da adı olub.

Sonrakı illərdə Məhərrəmov II dərəcəli “Rəşadət” ordeni ilə də təltif edilib.

General-mayor rütbəsi daşıyan Aqşin Məhərrəmov yeni sərəncamla general-leytenant ali hərbi rütbəsinə layiq görülüb.

 

Faiq Həmzəağa oğlu Məmmədov hazırda Dövlət Sərhəd Xidmətin Mərkəzi Aparatının rəhbəridir. Bu, Mərkəz Aparatın əsas idarəetmə strukturudur.

Faiq Məmmədov daha əvvəl DSX-də Baş idarə rəisi vəzifəsində işləyib. O həmçinin qısa müddətə DSX Akademiyasının rəis əvəzi olub.

General-leytenant 2024-cü ildə ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Sizə yeni x var
Keçid et
Ukrayna Moskvanı BOMBALADI - Şəhərdə hər yeri alov bürüdü