Modern.az

Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ölkə

17 Avqust 2026, 18:52

Bakı şəhərinin iki küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, avqustun 18-dən etibarən Yasamal rayonunda Zahid Xəlilov küçəsinin Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsi saat 08:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlanacaq.

Həmin tarixdən Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsində Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan hissədə də saat 20:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən sözügedən müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?