Modern.az

Bəzi ərazilərdə işıq olmayacaq

Bəzi ərazilərdə işıq olmayacaq

Ölkə

18 Avqust 2026, 23:47

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 19-da Ağdaş və Göyçayda bir sıra 10 kilovoltluq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

Bu barədə Modern.az-a “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, Ağdaş Elektrik Şəbəkəsinin xidməti ərazisində saat 11:00-dan 14:00-dək Ağzıbir, Xınaxlı, Kotavan, Qaraoğlan və Pirəzə kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Həmçinin planlı fasilə saat 10:00-dan 13:00-dək Yuxarı Qəsil, Kükəl kəndlərini və Ləki dörd yol ərazisini əhatə edəcək.

Göyçay Elektrik Şəbəkəsinə daxil olan Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?