Modern.az

Aviabiletlərin ucuzlaşması üçün yeni addımlar atılacaq

Aviabiletlərin ucuzlaşması üçün yeni addımlar atılacaq

Ölkə

Bu gün, 16:54

Azərbaycanda turizmin inkişafını dəstəkləmək məqsədilə ölkənin hava nəqliyyatı imkanlarının genişləndirilməsi, aviabiletlərin daha münasib olması və regional hava limanlarının potensialından səmərəli istifadə üçün təşviq tədbirləri görüləcək.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bugün imzaladığı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında öz əksini tapıb.

Sənədə əsasən, nəqliyyat infrastrukturunun turizmin inkişafına töhfəsinin artırılması çərçivəsində hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda, mövcud destinasiyalar üzrə uçuşların tezliyinin artırılması, aviabilet qiymətlərinin daha münasib olması və regional hava limanlarının potensialından səmərəli istifadə üçün təşviq tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.

Tədbirlər Planında Azərbaycanın xarici ölkələrlə birbaşa hava nəqliyyatı əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi və uçuşların intensivliyinin artırılması da nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!