Azərbaycanın turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılması məqsədilə 2026–2030-cu illərdə Turizm Səfiri Proqramının yaradılması nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Proqram çərçivəsində turizm səfirlərinin iştirakı ilə Azərbaycana tanıtım səfərlərinin təşkili, sosial media və rəqəmsal platformalarda genişmiqyaslı tanıtım kampaniyalarının keçirilməsi planlaşdırılır.
Layihə çərçivəsində ən azı bir beynəlxalq tanınmış şəxsin Turizm Səfiri kimi cəlb edilməsi, minimum 5 birgə rəqəmsal məzmunun hazırlanması və kampaniyalar vasitəsilə azı 50 milyon baxış əldə edilməsi hədəflənir.