Modern.az

Azərbaycanda yeni “rəqəmsal səyyah” vizası yaradılacaq

Azərbaycanda yeni “rəqəmsal səyyah” vizası yaradılacaq

Ölkə

Bu gün, 17:20

Azərbaycanda yeni “rəqəmsal səyyah” viza altnövünün təsis edilməsi nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, pandemiyadan sonrakı dövrdə, 2022-ci ildən etibarən məsafədən iş rejiminin yayılması daha aşağı xərc və yüksək həyat keyfiyyəti təklif edən yerlərdə uzunmüddətli qalmağı seçən yeni “rəqəmsal səyyah” turist seqmentini yaradıb.

Azərbaycanda ənənəvi turizm seçimləri üstünlük təşkil etsə də, yaxın perspektivdə yeni turist seqmentlərinin formalaşacağı və onların turizm bazarında əhəmiyyətinin artacağı proqnozlaşdırılır. Bu qruplara yaşlı və subay insanlar, uşaqsız ailələr, sağlamlıq məqsədilə səyahət edənlər və digər turist seqmentləri daxildir.

Dövlət Proqramında bildirilir ki, dünyada turistlərin istehlak davranışında da dəyişikliklər müşahidə olunur. Mədəni irs və təbiətlə əlaqədar turizm təcrübələrinə maraq, eləcə də təkbaşına (“solo”) səfərlərin payı artsa da, günəş və dəniz, şəhər təcrübəsi, işgüzar görüşlərdə iştirak, alış-veriş və yaxınları ziyarət səyahətlərin əsas motivləri olaraq qalır.

Təhsil və rifah səviyyəsinin yüksəlməsi ilə daha təcrübəli və yüksək keyfiyyət tələb edən turist qrupu formalaşır. Səyahətlərin planlaşdırılmasında və qərarların qəbulunda isə rəqəmsal vasitələr əsas rol oynayır.

Sənəddə turizm sahəsində süni intellekt, böyük data və virtual reallıq kimi texnoloji yeniliklərin tətbiqinin müştəri təcrübəsini və xidmət keyfiyyətini yaxşılaşdırdığı da qeyd olunur. Xüsusilə fərdiləşdirilmiş səyahət tövsiyələri və süni intellekt əsaslı “chatbot”ların turizm bizneslərinin əməliyyat səmərəliliyinin artırılmasına imkan verdiyi bildirilir.

Qlobal innovasiya, texnologiya və rəqəmsallaşma həllərinin Azərbaycanın turizm sənayesində tətbiqinin ölkənin bu sahədə rəqabətqabiliyyətliliyinin artırılması üçün əlavə imkanlar yaradacağı vurğulanır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!