Modern.az

"Qırmızı Körpü"də 700 yük maşını növbə gözləyir

"Qırmızı Körpü"də 700 yük maşını növbə gözləyir

Ölkə

21 Avqust 2026, 17:29

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 700 yük nəqliyyat vasitəsi canlı növbədə gözləyir.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinidən (AYNA) bildirilib. 

Sərhəd-keçid məntəqələrində giriş və çıxışda canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayına dair məlumata əsasən, Azərbaycan-Rusiya sərhədindəki “Samur” gömrük postunda 134, “Xanoba” gömrük postunda isə 1 yük maşını növbədədir.

Azərbaycan-Gürcüstan sərhədindəki “Mazımqara” gömrük postunda 7 yük nəqliyyat vasitəsi gözləyir. Azərbaycan-İran sərhədində yerləşən “Astara” gömrük postunda isə növbədə 52 yük maşını var.

Hazırda “Biləsuvar” gömrük postunda canlı növbədə gözləyən yük nəqliyyat vasitəsi yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ukrayna Rusiyaya dəhşət yaşatdı - Ö*lənlər var