2025-ci ildə Azərbaycanda 80,3 milyon ədəd SMS göndərilib.
Modern.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 39,2 % azdır.
Ötən il ölkədaxili mobil telefon trafiki 12 milyard 368,5 milyon dəqiqə olub ki, bu da əvvəlki ilə nisbətən 10 % azdır.
Son 5 ildə göndərilmiş SMS-lərin sayında 3,8 dəfə, ölkədaxili mobil telefon trafikində isə 34 % azalma qeydə alınıb.
(Report)