Modern.az

Jurnalistlər Daşkəndə yola düşür - GÖRÜNTÜ

Jurnalistlər Daşkəndə yola düşür - GÖRÜNTÜ

Ölkə

Bu gün, 08:50

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23-24 avqust tarixlərində Özbəkistana dövlət səfəri gözlənilir.

Modern.az-ın məlumatına görə, Prezidentin dövlət səfərini işıqlandırmaq üçün Azərbaycan media nümayəndələri Daşkəndə yola düşür.

Səfər çərçivəsində Azərbaycan media nümayəndələri Prezident İlham Əliyevin Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevlə görüşlərini, keçirilməsi nəzərdə tutulan rəsmi tədbirləri və iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı mühüm məqamları yerindən işıqlandıracaqlar.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutacaq səfər çərçivəsində İlham Əliyev Ali Dövlətlərarası Şuranın üçüncü iclasına qatılacaq.

Jurnalistlərin hava limanından görüntülərini təqdim edirik:

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!