Modern.az

Azərbaycan səfiri Moskva ilə münasibətlərdəki problemi AÇIQLADI

Azərbaycan səfiri Moskva ilə münasibətlərdəki problemi AÇIQLADI

Ölkə

Bu gün, 13:13

"Rusiyadakı bəzi media nümayəndələrinin yaratdığı mənfi informasiya fonu Bakı-Moskva münasibətlərinin inkişafına mane olur".
 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev RTVI telekanalına açıqlamasında deyib.

Səfir bildirib ki, Bakı Moskva ilə ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında daha da inkişaf etdirilməsində maraqlıdır.

“Bakı ikitərəfli qarşılıqlı əlaqələrin strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında daha da inkişaf etdirilməsinə köklənib. Bu mövqe ölkə prezidentinin Rusiya prezidenti ilə martın 11-də və iyulun 28-də baş tutan telefon danışıqları zamanı da təsdiqlənib”, – deyə Rəhman Mustafayev bildirib.

Onun sözlərinə görə, müttəfiqlik əlaqələrinin inkişaf etdirilməsi və 22 fevral 2022-ci il tarixli Bəyannamənin müddəalarının həyata keçirilməsi Azərbaycana qarşı Rusiyada yaradılan mənfi informasiya fonu7 səbəbindən çətinləşir.

“Azərbaycanla bağlı son dərəcə mənfi informasiya fonu bəzi rusiyalı ekspertlər, bloqerlər və jurnalistlər tərəfindən sosial şəbəkələrdə və mediada məqsədyönlü şəkildə yaradılır”, – səfir qeyd edib.

Qeyd edək ki, avqustun 17-də Azərbaycan Baş Prokurorluğu konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ölkənin ərazi bütövlüyünün pozulmasına, milli nifrət və düşmənçiliyin qızışdırılmasına, habelə terrorçuluğa açıq çağırışlarla bağlı cinayət işi üzrə ilkin araşdırma aparıldığını açıqlayıb.

İş çərçivəsində Rusiyanın “Semyon Uralov” YouTube kanalında yayımlanan “Çistota ponimaniya” proqramının iyulun 14-də və avqustun 13-də yayımlanan buraxılışlarının da araşdırıldığı bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!