Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün təsdiq etdiyi siyahıda 24 nəfər qadın namizədin adı var. Modern.az araşdırma apararaq bu namizədlərin fəaliyyət sahələri barədə məlumatları əldə edib.
10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş İbrahimova Məlahət İsmayıl qızı. YAP Binəqədi rayon Qadınlar Şurasının sədridir.
14 saylı Xəzər ikinci – Əliyeva Mehriban Arif qızı –Heydər Əliyev Fondunun rəhbəri, millət vəkilidir.
15 saylı Yasamal birinci – Əhmədova Gülər Mikayıl qızı –Respublika Uşaq Təşkilatının sədri, millət vəkilidir.
17 saylı Yasamal üçüncü – Quliyeva Samirə Oruc Qulu qızı – YAP Gənclər Birliyinin sədr müavini, Yasamal bələdiyyəsinin üzvüdür.
18 saylı Nərimanov – Nizami seçki dairəsi üzrə - Babayeva Səkinə Rəşid qızı - Bakı “Əyirici-Toxucu” ASC-nin sədridir.
21 saylı Nəsimi birinci seçki dairəsi – Verdiyeva Gülarə Eyvaz qızı - Nəsimi 28 saylı orta məktəbin direktorudur.
25 saylı Nizami ikinci seçki dairəsi – Vəliyeva Sədaqət Süleyman qızı - YAP Nizami rayon təşkilatının sədridir.
26 saylı Sabunçu birinci seçki dairəsi– Tağıyeva Elnarə Firudin qızı - YAP Sabunçu rayon Qadınlar Şurasının sədridir.
30 saylı Suraxanı birinci seçki dairəsi – Fətəliyeva Sevinc Həbib qızı –məlumat əldə edə bilmədik
34 saylı Xətai ikinci seçki dairəsi – Hacıyeva Nərminə Aslan qızı - Xətai bələdiyyəsinin üzvü Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin, İdarə Heyətinin üzvüdür.
41 saylı Sumqayıt birinci seçki dairəsi – Abdullayeva Leyla Arif qızı- Sumqayıtda18 saylı orta məktəbin direktorudur.
58 saylı Hacıqabul – Kürdəmir seçki dairəsi – Həmzəyeva Rəfiqə Ağarza qızı –məlumat yoxdur.
80 saylı İmişli – Beyləqan seçki dairəsi – Rüstəmli Tahirə Ağamir qızı –məlumat yoxdur.
84 saylı Füzuli seçki dairəsi – Muradova Bahar Əvəz qızı Milli Məclis sədrinin müavini, YAP icra katibinin müavindir.
91 saylı Ucar seçki dairəsi – Abdullayeva Şəhla Əhməd qızı - YAP Ucar təşkilatının sədridir.
97 saylı Goranboy – Ağdam – Tərtər seçki dairəsi – Məmmədova Gülçöhrə Hüseyn qızı Memarlıq və İnşaat Unversitetinin rektorudur.
98 saylı Şəmkir şəhər seçki dairəsi – Qafarova Sahibə Əli qızı- Slavyan Unversitetinin prorektorudur.
99 saylı Şəmkir kənd – İbrahimqızı Məlahət İbrahim qızı –Milli Məclisin deputatıdır, YAP Nəsimi rayon Təşkilatının sədridir.
103 saylı Gədəbəy seçki dairəsi – Həsənova Sevinc Əmirəhməd qızı- iqtisadi inkişaf nazirinin müavinidir.
106 saylı Tovuz – Qazax – Ağstafa seçki dairəsi – Hüseynova Validə Süleyman qızı – məlumat yozdur.
109 saylı Balakən – Aslanova Rəbiyyət Nurullah qızı millət vəkilidir.
111 saylı Zaqatala – Balakən seçki dairəsi – Süleymanova Namidə Abdulla qızı- Zaqatala poct filialının rəisi, Zaqatala bələdiyyəsinin üzvüdür.
115 saylı Şəki kənd ikinci seçki dairəsi – İsmayılova Sudabət Şöyüb qızı məlumat yoxdur.
117 saylı Oğuz – Qəbələ – Naxçıvanlı Aqiyə Həbib qızı – Azərbaycan Müəllimlər İnsitunun rektorudur.
Xaqani Səfəroğlu