Modern.az

Yaxın 3 günün gözlənilən hava şəraiti

Yaxın 3 günün gözlənilən hava şəraiti

Ölkə

21 Sentyabr 2010, 12:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 21-də hava şəraitinin yağmursuz keçəcəyi, axşam saatlarında cənub-şərq küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gündüz 27-30, axşam 20-22 dərəcə isti olacaq.

Sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, cənub, cənub-qərb küləyinin əsəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 15-17, gündüz 27-30 dərəcə isti təşkil edəcək.

Sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşama doğru buludluluğun artacağı, gecə isə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 15-17, günün birinci yarısında 27-31, axşam 22-24 dərəcə isti olacaq.

Sentyabrın 24-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 22-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Sentyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyi əsəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Sentyabrın 23-24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 23-də bəzi şimal rayonlarında axşam, sentyabrın 24-də isə əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 27-32, sentyabrın 24-də 22-24, dağlarda gecə 9-14, gündüz 17-22, sentyabrın 24-də isə 12-17 dərəcə isti təşkil edəcək.
 
Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı