Modern.az

Nazirlikdən meyvə bağı salmaq istəyənlərə müjdə

Nazirlikdən meyvə bağı salmaq istəyənlərə müjdə

Ölkə

21 Sentyabr 2010, 17:37

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu intensiv bağçılığın (alma, armud, üzüm, ərik, şaftalı, nar, xirnik, gilas, albalı, gavalı, göyəm, alça, zeytun, zoğal, eləcə də subtropik və sitrus meyvə bağlarının salınması) və tingçiliyin inkişafı  üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə təkliflərin qəbulunu elan edib.

Modern.az-ın məlumatına görə, investisiya təklifləri respublikanın bütün iqtisadi rayonları üzrə (Bakı şəhəri istisna olmaqla) qəbul olunur.
 
İnvestisiya layihəsinə dair şərtlər:
- investisiya layihəsində yüksək məhsuldarlığa görə rayonlaşdırılmış intensiv (alma, armud, üzüm, ərik, şaftalı, nar, xirnik, gilas, albalı, gavalı, göyəm, alça, zeytun, zoğal, eləcə də subtropik və sitrus meyvələri) meyvə bağlarının salınması və ya tingçilik təsərrüfatlarının yaradılması nəzərdə tutulmalıdır;
- bağların və ya tingliyinsalınması üçün müvafiq torpaq sahəsi olmalıdır;
- bağların və ya tingliyin salınması üçün seçilən ərazi əlverişli infrastruktura malik olmalıdır;
- meyvə tinglərinə olan tələbatın ödənilməsi üçün müvafiq təsərrüfatlarla sövdələşmələr olmalıdır;
- investisiya layihəsi optimal müddətdə reallaşdırılmalıdır;
- investisiya təklifinin ümumi dəyərinin ən azı 30%-i sahibkarlıq subyektinin şəxsi vəsaiti, qalan hissəsi isə Fondun güzəştli kreditləri hesabına maliyyələşdirilir.
Sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət etməlidir. Müvəkkil kredit təşkilatları maliyyələşdirilməsi barədə müsbət qərar qəbul etdiyi investisiya layihələrinə dair məlumatları iki nüsxədə, hər biri ayrı-ayrılıqda möhürlənmiş zərflərdə olmaqla 2010-cu il 21 oktyabr saat 1800-dək Sahibkarlığa Kömək Milli Fonduna təqdim etməlidir.
Sahibkarlıq subyektlərinin investisiya təklifi zərfləri 2010-cu il 25 oktyabr tarixində İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun Akt Zalında (Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 172, 5-ci mərtəbə) açılacaqdır.
Təqdim edilmiş investisiya təkliflərinə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq Fond tərəfindən baxılacaq və maliyyələşdiriləcək layihələr  2010-cu il 10 noyabr tarixində elan olunacaqdır.
Sahibkarlar əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 172
Telefon: (012) 433-63-66, (055) 227-01-36, (055) 229-29-99; (055) 227-01-30
Faks: (012) 433-63-68

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı