Modern.az

Altı seçki dairəsindən heç kim imza vərəqələri götürməyib

Altı seçki dairəsindən heç kim imza vərəqələri götürməyib

Ölkə

23 Sentyabr 2010, 18:43

Bu dairələrdə deputatlığa namizədliyini irəli sürəcək şəxsləri gözləyirlər

Milli Məclisə seçkilərin keçiriləcyi bir sıra dairələrə indiyə qədər namizəd olmaq üçün müraciət edən yoxdur. Modern.az “Seçkilər” İnformasiya Mərkəzinə istinadən bildirir ki, bu günə qədər altı seçki dairəsinə heç bir namizəd imza vərəqəsi almaq üçün müraciət etməyib.

Bu dairələrdən biri 6 saylı Culfa –Babək seçki dairəsidir. 2005-ci ildə həmin dairədə Milli Məclisə Yeni Azərbaycan Partiyasının üzvü İsmayıl Hacıyev seçilib. YAP bu ilki seçkilərdə də İ.Hacıyevin adını partiyanın siyahısına salıb.

55 saylı Xaçmaz seçki dairəsi də namizəd olmaq istəyən vətəndaşları gözləyir. Burada hələki sakitlikdı. Bu dairədən deputat olan Lalə Abbasova özü də hələ imza vərəqələri almayıb.

65 saylı Saatlı –Sabirabad-Kürdəmir seçki dairəsində də sakitlikdir. Bu dairənin depuataı Rafael Hüseynovdur. Onun namizədliyi bu dəfə buradan verilməyib.

90 saylı Ağdaş seçki dairəsində də deputat olmaq arzusunda olan hələki yoxdur. Bu dairə üzrə hazırkı deputat Çingiz Əsədullayevdir.

98 saylı Şəmkir şəhər seçki dairəsidə namizəd gözləyir. Bu dairədə 2005-ci ildə Azər Əmiraslanov seçilib.

111 saylı Zaqatala - Balakən seçki dairəsində də hələ fikirləşirlər. Bu dairədən ötən seçkilərdə bitərəf olaraq Dünyamin Xəlilov seçilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı