Modern.az

Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar 

Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar 

Ölkə

3 Sentyabr 2026, 14:19

Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar.

Modern.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova bununla bağlı qurumun adından ictimaiyyətə müraciət edib.

Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil:

"Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni nə qədər maarifləndirmə işləri aparılsa da, cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir. Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq".

Sizə yeni x var
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab