Modern.az

Ağ Ev Barak Obama ilə İlham Əliyevin görüşü ilə bağlı məlumat yayıb

Ağ Ev Barak Obama ilə İlham Əliyevin görüşü ilə bağlı məlumat yayıb

Ölkə

25 Sentyabr 2010, 15:59

ABŞ prezidenti tərəfləri güc tətbiq etmədən məsələni sülh yolu ilə həll etməyə çağırıb.  

ABŞ prezidenti Barak Obama Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həll imkanlarının tapılmasının vacib olduğu qənatindədir. Modern.az-ın məlumatına görə, Bu barədə Ağ Evdən cümə günü prezidentlər Barak Obama və İlham Əliyevin Nyu-Yorkda keçirilən ikitərəfli görüşü ilə bağlı yayılan məlumatda deyilir.
 
“Obama ATƏT-in Minsk qrupunun fəaliyyətinə ciddi dəstək verdiyini təsdiq edib.
Prezident tərəflərin təmas xəttində atəşkəs rejimi haqqında əldə edilmiş razılığa əməl olunmasının vacibliyini bildirib. Obama qeyd edib ki, tərəflər ərazi bütövlüyü, bərabər hüquqların təmin edilməsi şərtləri daxilində problemi sülh yolu ilə həlli etməlidir”. 

ABŞ prezidenti tərəfləri güc tətbiq etmədən məsələni sülh yolu ilə həll etməyə çağırıb. Məlumatda deyilir ki, hər iki ölkənin prezidentləri həmçinin regional təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.   

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı