Modern.az

Modern.az-ın sualı - Deputat seçilsəniz, parlamentdə ilk təklifiniz nə olacaq?

Modern.az-ın sualı - Deputat seçilsəniz, parlamentdə ilk təklifiniz nə olacaq?

Ölkə

27 Sentyabr 2010, 13:16

Modern.az parlament seçkilərində deputatlığa namizədliyini irəli sürən şəxslərlə bağlı yeni layihəyə başlayıb. Bu layihə çərçivəsində biz seçki kampaniyasına qoşulan tanınan və tanınmayan namizədlərin deputat seçiləcəkləri təqdirdə parlamentdə qaldıracaqları ilk məsələnin nə olacağını soruşuruq.
Beləliklə, “deputat seçiləcəyiniz təqdirdə parlamentdə ilk olaraq hansı məsələni qaldırmaq istərdiniz?”.

Musa Quliyev – 40 saylı Kəpəz (Gəncə) ikinici seçki dairəsindən namizədliyini irəli sürüb:

- Qaldıracağım məsələlər çoxdur. Milli Məclisə seçilsəm, ilk olaraq əhalinin sosial müdafiəsi və sağlamlığı barədə qanun layihələrinin qəbuluna çalışacağam. Bundan başqa siqarətçəkməyi məhdudlaşdıran qanun layihəsinin qəbulu üçün səy göstərəcəyəm. Mənim üçün digər prioritet məsələ əhalinin əmanətlərinin qaytarılmasıdır. Milli Məclisin ilk iclasında bu məsələni qaldıracağam.

 Rasim Musabəyov – 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə namizədliyini irəli sürüb:

- Mən politotlqam. İctimai kəsim bilir ki, mən daima Qarabağ məsələsinin həlli ilə bağlı fikirlərimi açıqlamışam. Parlamentə seçiləcəyim təqdirdə ilk qaldıracağım məsələ Qarabağla bağlı olacaq.  

Fazil Mustafa – 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyi irəli sürülüb:

- Milli Məclisə yenidən seçiləcəyim təqdirdə “Siyasi partiyalar haqqında” qanunun qəbul edilməsinə çalışacağam. Bundan başqa diqqət verdiyim digər məsələ “Müxalifətçilik haqqında” qanun layihəsidir. Eyni zamanda əhalinin əmanətlərinin qaytarılması üçün qanun qəbul edilməsinə çalışacağam...

Araz Əlizadə - 17 saylı Yasamal üçüncü seçki dairsindən namizədliyini irəli sürüb

- Hələki o barədə düşünməmişəm. Amma mənim üçün həmişə birinci yerdə Qarabağ məsələsi olub. Milli Məclisə seçilsəm Qarabağla bağlı məsələləri iclaslarda qaldıracağam.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı