Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, cənub-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz 23-25, axşam 18-20 dərəcə isti olacaq.
Sentyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi ehtimal olunur.Havanın temperaturu gecə 15-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək.
Sentyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi və cənub küləyinin əsəcəyi ehtimalı var. Havanın temperaturu gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq.
Sentyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi və yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 17-19, gündüz 26-30 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Sentyabrın 28-də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyinin əsəcəyi ehtimal olunur.
Havanın temperaturu gecə 15-19, gündüz 24-28, dağlarda gecə 7-11, gündüz 15-20 dərəcə isti olacaq.
Sentyabrın 29-30-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, cənub-qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 15-20, gündüz 26-30, dağlarda gecə 11-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraitinin üstünlüyü, meteoroloji amillərin zəif və mülayim tərəddüdləri gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Modern.az