Modern.az

Prezident təqaüdü alan I kurs tələbələrilə görüş keçiriləcək

Prezident təqaüdü alan I kurs tələbələrilə görüş keçiriləcək

Ölkə

28 Sentyabr 2010, 13:46

Sentyabrın 30-da saat 12-də bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərib Prezident təqaüdünə layiq görülmüş gənclərlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəhbərliyi və kollektivinin görüşü keçiriləcək. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 8-da Prezident İlham Əliyev 2010/2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, bu il 600-dən yuxarı bal toplayan 103 tələbəyə prezident təqaüdü ayrılıb.

Prezident təqaüdünün məbləği 150 manat müəyən edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı