Modern.az

"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" xaricdə nümayəndəlik aça bilər

"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" xaricdə nümayəndəlik aça bilər

Ölkə

29 Sentyabr 2010, 11:52

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin fəaliyyətində sezilən durğunluq cəmiyyətdə birmənalı qarşılanmır. Baş verən hadisələrə İctimai Birliyin gec münasibər bildirməsi və ya ümumiyyətlə heç bildirməməsi bəzən tənqidələr tuş gəlir.

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İctimaiyyətlə əlaqələndirmə şurasının rəhbəri Mehdi  Abdullayevlə Modern.az saytına bildirib ki, təşkilatın fəaliyyətində heç bir durğunluq yoxdur. “ATƏT nümayəndələrilə, ATƏT təmsilçisi Piter Semnebi ilə görüşlər keçirilib”.

Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri ilə əlaqədar hələ də münasibət bildirməyən təşkilatın nümayəndəsi rəsmi qərarların yalnız icmanın iclası keçiriləndə verilə biləcəyini qeyd edib.
İctimai Birliyin xarici ölkələrdə nümayəndəliyinin olub-olmaması barəndə sualımıza M.Abdullayev belə cavab verib ki, xarici ölkələrdə nümayəndəlik açmaq təşkilatın nizamnaməsində qeyd olunub.
“Amma bu asan məsələ deyil».

İctimai Birlik Qarabağ bölgəsindən seçilən deputatların Qarabağla bağlı fəaliyyətindən razıdırmı?
M.Abdullayev sualımıza “bəli” deyə cavab verərərk dedib ki, həmin deputatlar qurumun İdarə Heyətinin üzvləridirlər və bütün işlərdə birgə fəaliyyət göstərirlər.

Orxan Əli

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı