Modern.az

Dövlətin maliyyələşdirdiyi özəl bağçalara qeydiyyat başlayır

Dövlətin maliyyələşdirdiyi özəl bağçalara qeydiyyat başlayır

Ölkə

Bu gün, 16:48

Məktəbəqədər təhsil sahəsində valideyn–dövlət–özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi üzrə müəyyən edilmiş özəl bağçalara uşaqların elektron qeydiyyatı başlayır.

Modern.az xəbər verir ki, valideynlər sentyabrın 14-ü saat 15:00-dan etibarən övladlarını “mygov” platforması üzərindən qeydiyyatdan keçirə bilərlər.

Elektron qeydiyyat sentyabrın 25-i saat 15:00-dək davam edəcək.

Prosesin valideynlər üçün daha aydın və əlçatan olması məqsədilə məlumatlandırıcı videoçarx da hazırlanıb.

Qeyd edək ki, yeni maliyyələşmə modeli 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsini, valideynlərə əlavə seçim imkanlarının yaradılmasını və özəl bağça xidmətlərinin daha əlçatan olmasını nəzərdə tutur.

Modelin digər məqsədi məktəbəqədər təhsil sahəsində dövlət və özəl sektor arasında əməkdaşlığın inkişaf etdirilməsidir.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!