Yeni Azərbaycan Partiyasının Siysi Şurasının üzvü Svetlana Bayramova Milli Məclisə keçiriləcək seçkilərdə namizəd kimi qatılmaqdan imtina edib. Modern.az bildirir ki, S. Bayramova bu barədə mövqeyini Azərbaycan internet məkanında yaımlanan “kanal 13” televiziyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, belə bir arzusunun olmadığını YAP rəhbərliyinə çatdırıb.
2005-ci ildən sonra daha seçkilərdə iştirak etməyəcəyi qərarına gəldiyini deyən YAP Siyasi Şurasının üzvü bildirib ki, millət vəkili olmaq arzusu olsaydı YAP-a müraciət edərdi.
“Belə bir istəyim olmayıb. Hesab edirəm ki, hər yaşın öz xüsusiyyətləri var. Mənə elə gəlir ki, artıq mənim deputatlıq uğrunda mübarizə aparmaq yaşım ötüb. Mən hər yaşa uyğun yaşamağı sevən adamam. Hər yaşın öz xüsusyyəti var və o yaşa uyğun hərəkət eləmək lazımdır”-deyə Svetlana Bayramova bildirib.
YAP-ın Siyasi Şurasının üzvü Svetlana Bayramova 2005-ci ildə keçirilən parlament seçkilərində 32 saylı Suraxanı seçki dairəsindən namizədliyini irəli sürüb. Lakin seçki kampaniyasının gedişində namizədliyini geri götürüb. MSK-ya müraciətnidə S.Bayramova bildirib ki, o dairədən hakim partiya başqa namizədi müdaifə etdiyindən geri çəkilmək qərarını verib.
O zaman YAP Siyasi Şurasının üzvü bu addımını partiya rəhbərliyinin məsələhəti ilə atdığını bildirib. O, da bu qərara tabe olub.
Modern.az