Modern.az

Vasif Talıbov niyə namizədliyini özü irəli sürüb?

Vasif Talıbov niyə namizədliyini özü irəli sürüb?

Ölkə

29 Sentyabr 2010, 19:09

“Seçkilər” İnformasiya Mərkəzinin rəsmi saytında  Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun namizədliyinin özü tərəfindən irəli sürülməsi göstərilib. Kampaniyanın əvvəlində o, siyahıda YAP namizədi kimi göstərilsə də, sonradan siyahıda naizədliyinin özü tərəfindən irəli sürüldüyü əks olundu.

Bu məsələ siyasi müşahidəçilərdə birmənalı reaksiya doğurmayıb. Onlar bunu V. Talıbovla hakim partiya arasında fikir ayrılığı kimi izah edirlər. Modern.az belə vəziyyətin namizəd üçün seçkilərdə hüquqi problem yaradıb-yaratmayacağını aydınlaşdırmaq üçün MSK-ya müraciət edib.

MSK-nın mətbuat katibi Azər Sarıyev bildirib ki, YAP partiya siyahısını MSK-ya təqdim etməyə borçlu deyil. Çünki qanunvericiliyə görə, yalnız siyasi partiyaların seçki bloku namizədlər siyahısını təsdiq olunmaq üçün MSK-ya verməlidirlər. İndiki situasiyada Vasif Talıbovun namizədliyini özü tərəfindən irəli sürməsi Yeni Azərbaycan Partiyasının MSK-ya təqdim etdiyi sənədlərlə ziddiyət təşkil etmir. Hakim partiya V. Talıbovun namizədliyini dəstəkləyə və onun xeyrinə təşviqat kampaniyasını apara bilər.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı